Текст песни H.O.S.T – Aglama

Aglama текст песни
H.O.S.T


Olülərim sevinsin,gəldi Tanrınız

Əsirlərlə,qəddarcasına alovlarda
yandınız

Yox olmuşam sandınız,amma artıq burdayam

Çox amansız,Çox qəddar cəzalar arzusundayam

Gəlmələrin ruhuyam,səmalardan
gəlmişəm

Qaranlığıma baglıyam,mın Maranı
sevmişəm

Dirilərdən bezmişəm,onlar üçün kor
yuxuyam

Cansızlıqdı dərdiniz,sizlər
üçün oxuyuram..,

Ağlama,yaşla dolar qanı içilmiş qəlbiniz

Söz demə duyan olar var özünüzdən sirriniz

Çətindimi yaşamaq,günahsız,sevgisiz?!

Küləklidi həyat yolunuz,gəmilərsə
yelkənsiz

Ölülərimin cərgəsinə,namizədsiz
hər biriniz

Diliniz yedizdirir yalan yeyən qarğaları

Kəşf etdim daş ürəklərdə boş
məzarları

Hiss etdim cənnətdən uzaqlaşan tayfaları

Qayaları parça-parça etməyə qadir insan

Nə acizsən duyğularda qorxu görüb ağlayanda

Tənhalıqdan qışqıranda əl uzatdım
istəmədin

Sən həyatsan,mən ölüməm,ağlayacam
qovuşanda

İnanmadın,yox ol dedin,xoşbəxtsənmi bu
həyatda?!

Milyonlar uçun əsir oldun,qeyb olmusan sarmaşıqda

Dua etdin göz istədin,Allah verdi bəyənmədin

Can istədin,onuda verdi,fitnələrdən bezmədin

Gündüzlərə göz
yumuldu,gecələrdə həsrət qaldı

İşiqa,imama nifrət vardı,qulaqlarda qeybət
vardı

Ümid vardı sandı yandı,qanda xeyli igid vardı

Cənnət əhli darıxırdı,orda tənha
şəhid vardı

Bəs nə oldu?gözün doldu,bu tək yoldu,yolda koldu

Qaradonlu qarğa qondu,taxta qondu,qanıvı sordu

Güclü ordu gözüvə durdu,mən deyildim
üzünə durdu

Qəddar tələ izivə qurdu,tab gətirmir artıq
sondu...........,



Barmaqları çürümüş
bəstəkarın nəğməsi,yara
basmış dilimdə,

Hər gecə onun səsiylə,ağrılarla
oyanır qara dərviş içimdə.

Ağlıyır heç vaxt ağlamayan susuz
çöllərim keçmiş itmiş izlərim,

Bağırdım,bağırtım ağrımla
bağrımı yandırdı,yandı hisslərim.

Tərki dünyalıq,əzablarla dolu boxça
qırışmış əlimdə,

İllərlə
yaşadığım,yaşatdığım
basdırılmış hisslər
bükülmüş belimdə.

İzdiham içində getsəmdə
getməsəmdə,itsəmdə
itməsəmdə,

Onsuzda yorğun baxışlar çevirdi həyat
düşüncələrimi başqa səmtə.

Ağlama dedim amma ağladı,qulaq asmadı göz
yaşlarım gələcəyimi görən kimi,

Bilən kimiki həsrət sonu ünvan olub kədər bunu
gülə-gülə deyən kimi.

İtən kimi sevinc möhürləri həyatımdan
ayaq açıb qaçıb gedən kimi,

Kimi sınağa çəkər görən
fələk aldığım çətin
nəfəs bitən kimi.

Paltarım,əməllərim oda qara çirkli
cırığ,söküy

Sus Dərviş,sakit ol qarğa,Mete,Aid bu gün nə
isə sönüy

Ümidsiz xəyallarım itkin düşmüş
ümidlər yoluma səd çəkər

Ağrı,nəfəs,kömək,ömürl&#
252;k tənhalıq və qaranlıq gələr



Qanadlarıma sığal çək,qucaqla belimi
başını sinəmə qoy,

Gözünü yum,say ona kimi,qollarımda gizlən
özüvü axtar özüvü.

Tap içimdə,ipək saçların
tökülsün üzümə gözlərin
gətirdi gecəni,

Sinəmi tut,dərimi cır,ətimi
did,qabırğalarımı sındırıb,tap
ürəyimi.

Əgər varsa mənədə
göstər,əgər yoxsa gizlə yalannan de var
dərində doyünür hələdə,

Dırnağınla cız üstündə
adıvı əbədi qalsın orda.

Güllər ək!sevgimiz qədər
gözəl,zəhərli tikanlarını qır
dişinlə tüpür ocağa,

Yansın orda,biz susaq,dodaqlar danışsın
nağıldan,nağıla gəzək
əl-ələ

Tozlu səhifələrdə,ən dərin
zirvələrdə nalə çək

Qışqır adımı əbədi karlar
ölkəsində

Çılpaq qayaların yasında dalğalar
gələndə,

Mənidə çağır darıxsan utanma
məndə darıxacam

Göz yaşım islatdı amma
qığılcımla alışacam

Ağlama gəl qarışaq südlə bal kimi,odla
köz kimi

Bir az döz mənə,bir az sev məni

Bir az inan,qısqan bir az içimdə qarğalarıma

Tulla qaydalarını,gəl sökək tərbiyə
pərdələrini

Parçala,yol əllərinlə saçımı
dibinnən



Dişlə dodağını,qanını tök
yanağıma iyrənim bir az

Günəşi ört adınla,qaranlıqda
tüstü dumana qarışaq

Zamanı saxla son nəfəsdə cəhənnəm
oduyla alışaq

Diyirlənir yenə qələm ucunda diyircək,

Nəfəsdə ağır-ağır
gedir-gəlir,quruyub boğaz yoxdu tüpürcək.

Sonuncu tüstümdü dostum götür
çək,yanımda Dərviş ölüm
Tanrısı

Qarğa qara lələklə yoluma davamdayam,sənsə
qulaqlarıva hakim kəsilmiş

Bu kəsin səsin bir az aciqda aç,yerivi rahatla

Fikirlərimə azad əmri verib qanadlan,xoşuva
gələn mövzulardan geriyə qayıtma

Qon,qal oralarda don demişəm,bütün
çərçivələrə və
sərhədlərə son demişəm

Saatlar gücsüz olub,işləmir
əqrəblər,bədən yorulmuş ayaqlar
üstündə

Amma bitmir tələblər,əllər isə yorulmur
yazır bitmir səbəblər

Ölmüş sinirlərlə özünü
ayırıb beyinnən əsəblər

Başıma qonmuş dövlət quşudu qarğa,

Mən isə Dərviş Ölüm
Tanrısıyla müqaviləm var

Öldürə bilməz track bitməmiş,replay bas uzat
ömrümü

Yadakı ölsəm ağlama,vəsiyyətimdi yas saxlama

Dumanım bitdi vidalaşdım,dedim gözləmə

Bundan sonra tək dostam özüm-özümə
mən!